“Qəbələ” Sumqayıtdan 1 xalla dönür | |
“Sumqayıt” – “Qəbələ” – 1:1 09 aprel 2016. Saat 14:00. Kapital Bank Arena, 1300 tamaşaçı Baş hakim: Ömər Paşayev Baş hakimin köməkçiləri: Elman Musayev, Vüqar Bayramov Dördüncü hakim: Rəvan Həmzəzadə AFFA nümayəndəsi: Namiq Məstanov Hakim-inspektor: Şahin Cəfərov Sarı vərəqələr: Amit Quluzadə, 9 (qeyri-idman hərəkəti) // Aleksey Qay, 33 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 62 (qeyri-idman hərəkəti) Qollar: Aleksey Qay, 65 // Pərdis Fərcad-Azad, 85 (p.) Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq. Bu gün Topaz Premyer Liqasında XXIX turun növbəti oyunları keçirilir. “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. “Qırmızı-qaralar” indiyədək keçirdiyi bütün oyunlarda qapısına qol vurduğu rəqiblə görüşə 3 xal iddiası ilə çıxıb. Komandamız matça ötən turun “İnter”lə qarşılaşması ilə müqayisədə start heyətində iki dəyişikliklə başlayıb. Cəzası başa çatan Ermin Zets və Ürfan Abbasov ilk “11-liy”ə qayıdıb. Baş məşqçi Roman Qriqorçuk Rikardinyo və Asif Məmmədova start heyətində yer verməyib. Görüş qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” cüzi üstünlüyə yiyələnib. Rəqib qapısı önündə ilk təhlükə də matçın əvvəllərinə təsadüf edib. Lakin komanda yoldaşından ötürmə alan Samir Zərgərov 11 metrlik nöqtənin yaxınlığından qapını dəqiq nişan ala bilməyib. Hücumlarını davam etdirən “qırmızı-qaralar” növbəti təhlükəni də boşa verib. Belə ki, sol cinahla təşkil olunan hücum zamanı Ermin Zets qapı önündə nəzarətsiz qalan Alesey Qayı tapsa da, ukraynalı oyundankənar vəziyyətə düşüb. Meydan sahiblərinin hücumlarının o qədər də kəsərli olmadığı ilk yarıda komandamız hesabı açmaq üçün daha bir neçə imkan əldə edib. 26-cı dəqiqədə sağ cinahdan Rəşad Sadiqovun hava ötürməsini Sergey Zenyov başla qapasa da çərçivəyə düşməyib. Az sonra eyni cinahdan Zərgərovun qapıya paralel ötürməsini tamamlamağa yaxın olan Zetslə Zenyovdan heç biri topa dəqiq zərbə vura bilməyib. “Sumqayıt”ın yaddaqalan nadir həmlələrindən biri Slavik Alxasovun qapı önünə ötürməsi ilə diqqət çəkib. Lakin Dmitri Bezotosnı çətinliklə olsa da topa yiyələnib. “Qırmızı-qaralar” ikinci yarıya əvəzetmə ilə başlayıb. Qriqorçuk hücum xəttini gücləndirmək üçün Asif Məmmədovu meydana buraxıb. O, Zərgərovu əvəzləyib. Fasilədən sonra daha fəal olan komandamız hissənin əvvəlində qapı istiqamətində ardıcıl zərbələr endirib. Zets iki, Zenyov bir dəfə çərçivəni nişan alsa da, hesabı aça bilməyiblər. Bu fəallığın nəticəsi 66-cı dəqiqədə vurulan qolda əksini tapıb. Arif Daşdəmirovun ötürməsindən sonra cərimə meydanında iki müdafiəçidən yayınan Qay hesabı açıb. Mövsümdə 7-ci qolunu vuran yarımmüdafiəçi klubumuzun heyətində ümumilikdə 14-cü dəfə fərqlənib. Qoldan sonra da topa nəzarət edən “Qəbələ” ardıcıl hücumlar təşkil etsə də, fərqi artıra bilməyib. 80-ci dəqiqədə Zetsin yaxın məsafədən zərbəsi də dəqiq olmayıb. Matçın sonlarında meydan sahibləri fəallaşaraq üstünlüyə yiyələnib. Qriqorçuk oyunda dönüş yaratmaq üçün Aleksey Antonovu da meydana buraxıb. Lakin “Sumqayıt” bərabərlik qolunu vura bilib. Daşdəmirovun cərimə meydanında Pərdis Fərcad-Azada toxunuşu hakim tərəfindən penalti ilə dəyərləndirilib. Sonuncu bu şansdan istifadə edib – 1:1. Hesabda tarazlıq yarandıqdan sonra qarşılıqlı hücumlar təşkil edən komandalardan heç biri real qol vəziyyəti yarada bilməyib. Beləliklə, ötən tur “İnter”lə qolsuz sülhə imza atan “Qəbələ” ardıcıl ikinci heç-heçəsini Sumqayıtda eyni komanda ilə matçda rəsmiləşdirib – 1:1. “Sumqayıt” 1. Səlahət Ağayev 2. Slavik Alxasov 3. Vurğun Hüseynov (k) 7. Pərdis Fərcad-Azad 8. Nicat Muxtarov (97. Xəyal Nəcəfov, 71) 13. Murad Ağayev 14. Bəxtiyar Həsənalızadə 24. Amit Quluzadə 55. Ağabala Ramazanov 70. Vaqif Cavadov (29. Amil Yunanov, 80) 99. Rasim Ramaldanov Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 5. Cəmil Hacıyev 6. Mikayıl Rəhimov 27. İsmayıl Babayev Baş məşqçi: Samir Abasov “Qəbələ” 22. Dmitri Bezotosni 3. Voislav Stankoviç 4. Elvin Camalov 6. Rəşad Sadiqov (k) 7. Ermin Zets 9. Sergey Zenyov (69. Aleksey Antonov, 83) 19. Aleksey Qay 21. Arif Daşdəmirov 34. Urfan Abbasov 44. Rafael Santos 66. Samir Zərgərov (11. Asif Məmmədov, 46) Ehtiyat oyunçular: 33. David Pietrzkeviç 5. Pavel Paşayev 15. Vitali Vernidub 32. Rəşad Eyubov 77. Ehtiram Şahverdiyev Baş məşqçi: Roman Qriqorçuk |
|
Xəbər 710 dəfə oxundu. |
|
|