Şahin Diniyev: Bu gün həm pis oynadıq, həm də nəticə pis oldu
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Gəncə klubunun çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Hesab bu oyunla bağlı hər şeyi deyir. Çempionatdakı ən zəif oyunumuzu keçirdik. 11 nəfərlə ardıcıl oyunlar keçirmək çox ağırdır. Yorğunluq var idi. Bu, psixoloji cəhətdən də problemlərə yol açır. Futbolçularımız sağ olsunlar ki, çıxdılar, oynadılar. Komandamızda futbolçu kasadlığı var. 11 oyunçuyla 28 oynamaq çətindir. Rotasiya üçün material yoxdur. AZAL-a qarşı pis oynamadıq. Sadəcə, həmin oyunda nəticə pis oldu. Bu gün isə həm pis oynadıq, həm də nəticə pis oldu. Qarşıdakı oyunlar üçün toparlanmalı və layiqli mübariz aparmalıyıq. Avrokuboklara kim layiqdisə, o da getməlidir. Başqasıın bədbəxtliyi üzərində xoşbəxtliyimizi qurmamalıyıq. Nəyə nail olacağımızı zaman göstərəcək. Bu nəticələr nə məni, nə arzarkeşləri, nə də rəhbərliyi qane edir. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmağa məhkumuq".

Xəbər 671 dəfə oxundu.