Qarabağ Kəpəzə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 29-cu tura start verilib. İlk oyun günündə bir görüş baş tutub.

Turun açılış və mərkəzi qarşılaşması mükafatlar uğrunda mübarizə aparan “Qarabağ”la “Kəpəz” arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.

Topaz Premyer Liqası
29-cu tur
8 aprel (cümə)

“Qarabağ” - “Kəpəz” - 4:0 (2:0)
Qollar: T.Axundov, 17-öz qapısına (1:0). T.Axundov, 42-öz qapısına. M.Mədətov, 62 (3:0). S.Armenteros, 90+3 (4:0).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. “Azərsun Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 90. Samuel Armenteros, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Muarem Muarem.
Baş məşqçi: Qurban Qurbanov.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 27. Bəxtiyar Soltanov, 9. Namiq Ələsgərov, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 21. Xəzər Qəribov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.

Turun digər oyunları: 9 aprel (14:00. “Sumqayıt” - “Qəbələ”, 16:00. “İnter” - AZAL). 10 aprel (14:00. “Rəvan” - “Zirə”, 16:30. “Xəzər Lənkəran” - “Neftçi”).

Bombardir:
10 - Nelson Bonilya ("Zirə").

Xəbər 678 dəfə oxundu.