Mətbuat nümayəndələri arasında üçüncü atıcılıq turniri keçiriləcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş üçüncü atıcılıq turnirinə start verir.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır. Turnir mayın 6-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək.

Yarışda hər biri üç jurnalistdən ibarət komandalar mübarizə aparacaq. İki mərhələdə keçiriləcək turnirdə birinci, ikinci və üçüncü yerlərin sahibləri Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələr ilə mükafatlandırılacaq.

Turnirdə iştirak etmək istəyən komandaların tərkibi haqqında məlumatların aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərmək xahiş olunur. Məlumatda komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü və vəzifəsi qeyd edilməlidir.

Xəbər 903 dəfə oxundu.