Azərbaycan çempionatının yarımfinalçıları bəlli oldu
Aprel ayının 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında ölkə çempionatının təxirə salınmış "Bakı" - "Sıçrayış" oyunu keçirilib. Çox gərgin mübarizə şəraitində keçən oyun "Bakı" komandasının qələbəsi ilə nəticələnib - 78:74 (14-18, 16-12, 29-16, 19-28).

Beləliklə yarımfinalda NTD - "Baku Oilers" və AZTOP - "Bakı" komandaları bir-biri ilə qarşılaşacaqlar.

Turnir cədvəli

NTD - 25, AZTOP - 24, "Bakı" - 23, "Baku Oilers" - 22, "Dərviş" - 22, "Sıçrayış" - 21, "Araz" - 17, BDU - 14.

Xəbər 793 dəfə oxundu.