Təbriz Həsənov: Qrupdan çıxa bilərik
U-17 millimizin baş məşqçisi Təbriz Həsənov Azərbaycanda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasındakı Avropa çempionatının bu gün atılan püşkünü dəyərləndirib. O, bunları söyləyib:

"Bizim qrupdan çıxmaq şansımız var. Öncədən də demişdim ki, qrupumuzda iki reytinqli kollektivin yer almasını istəməzdim. Şadam ki, belə də oldu. Amma Portuqaliya, Belçika və Şotlandiya da zəif komanda deyil. Portuqaliyanı qrupun favoriti hesab edirəm. Elə Belçikanı da. Amma bu, bizim bu komandalara qalib gələ bilməyəcəyimiz anlamına gəmir. Hər oyunda qələbə üçün mübarizə aparacağıq. AÇ-yə qədər yoxlama oyunları keçirmək istəyirik. İspaniya və Avstriya ilə qarşılaşmağımızı istəyərdim. Çünki bu komandalar öz oyun üslublarına görə Portuqaliya və Belçikaya yaxındılar".

Xəbər 691 dəfə oxundu.