Yunan-Roma güləşçilərimiz reytinqdəki mövqelərini qoruyub | |
Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Son dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub. Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır. 59 kq 2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2) 66 kq 9. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (9) 71 kq 1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1) 75 kq 8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6) 80 kq 5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (5) 85 kq 6. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (5) 20. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13) 98 kq 15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr) 130 kq 10. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4) Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib. |
|
Xəbər 784 dəfə oxundu. |
|
|