Kəpəz hazırlığı tamamladı
Topaz Premyer Liqasının 29-cu turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığı yekunlaşdırıb. “Sarı-göylər” matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi “Azərsun Arena”da çıxıb.

Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.

Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu ötən gün tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib. Nəsirov haqda son qərar matç ərəfəsindəki təkrar müayinədən sonra veriləcək.

Xəbər 643 dəfə oxundu.