Böyük qələbə uğrunda əsl mübarizə başlandı
Bu gün Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi ilə bağlı idia ərizəsi rəsmən Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilib.
Əvvəlcədən xəbər verdiyimiz kimi, bu məqsədlə BOK-un mənzil-qərargahının yerləşdyi İsveçrənin Lozanna şəhərinə Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə yollanmış nümayəndə heyətinə Bakı-2020-nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, olimpiya çempionu Zemfira Meftəhəddinova, AFFA-nın baş katibi Elxan Məmmədov və paralimpiya oyunlarının 2-qat qızıl mükafatçısı İlham Zəkiyev daxildir.

Qeyd edək ki, Olimpiadanın təşkilatçılığı uğrunda paytaxtımızın rəqiblərində olacağı gözlənilən Roma (İtaliya) bu iddiasından əl çəkib. İndi bu böyük qələbə uğrunda mübarizədə Bakının rəqibləri Madrid (İspaniya) və İstanbul (Türkiyə), Doha (Qətər) və Tokio (Yaponiya) şəhərləri olacaq.

Xəbər 1454 dəfə oxundu.