Françesko Toldo püşkatma mərasimində iştirak edəcək
Xəbər verdiyimiz kimi, aprelin 8-də, Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək. Püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində “İnter”, “Fiorentina” kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.

Xəbər 726 dəfə oxundu.