Cavab oyununa təyinatlar
Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunu çərçivəsində aprelin 12-də, saat 20.00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Hollandiya qarşılaşmasına təyinatlar açıqlanıb.

Oyunun 1-ci hakimi Cerald Bauemfeind (Avstriya), 2-ci hakimi Oleq İvanov (Ukrayna), 3-cü hakimi Morşe Bohbot (İsrail) olacaq. UEFA nümayəndəsi vəzifəsini Kristian Vomicu (Rumıniya), hakim-inspektor funksiyasını isə Antonio Joze Fernando Kardosa (Portuqaliya) yerinə yetirəcək.

Xəbər 710 dəfə oxundu.