Gənclər arasında Azərbaycan çempionatı başlayır
Fevralın 15-də Şağan Olimpiya Kompleksində gənc boksçular arasında Azərbaycan çempionatı start götürəcək. İdman.com.az saytının məlumatına görə,10 çəki dərəcəsində keçiriləcək yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarının idman cəmiyyətlərinin və klublarının nümayəndələri mübarizə aparacaqlar. Döyüşlər hər gün saat 15.00-da başlayacaq.

Azərbaycan birinciliyinin finalı fevralın 19-da saat 14-də keçiriləcək. Qaliblər və mükafatçılar milli komandanın heyətinə cəlb ediləcək və qarşıdakı beynəlxalq turnirlərdə iştirak edə biləcəklər. Qeyd edək ki, bu il gənclər arasında dünya birinciliyi oktyabr ayında təşkil olunacaq.

Xəbər 1072 dəfə oxundu.