İlk oyun heç-heçə yekunlaşıb
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.

Yığmamız İrlandiyanın Dublin şəhərindəki Carlisle Grounds stadionunda Polşa komandası ilə qarşılaşıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Futbolçularımız turnirdə növbəti oyununu aprelin 7-də, Bakı vaxtı ilə saat 22:30-da İrlandiya yığmasına qarşı keçirəcək.

Xəbər 650 dəfə oxundu.