Məktəblilərin Bakı şəhəri üzrə mini futbol çempionatı
Təhsil Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə aprelin 4-də məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatına start verilib.

Bakı şəhərindəki 305 məktəbdən 3 min 660 şagirdin qatıldığı yarışlara paytaxtın 15 ümumi təhsil və iki idman məktəbi ev sahibliyi edir.

Yarışların birinci mərhələsi “Olimpiya” sistemi üzrə keçirilir. Bu mərhələdə hər məktəbin yığma komandası rayondaxili mərhələdə iştirak edir.

Oyunları AFFA tərəfindən təyin olunmuş hakimlər heyəti idarə edir.

Birinci mərhələ üzrə oyunlar aprelin 10-dək davam edəcək.

Xəbər 1045 dəfə oxundu.