UEFA Çempionlar Liqası: Dörddəbir final mərhələsinin ilk iki görüşü oynanılacaq
Bu axşam Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk iki görüşü keçiriləcək.

İspaniya və Almaniyada oynanılacaq. “Barselona” “Atletiko”nu qəbul edəcək. Maraqlıdır ki, tərəflər arasındakı son 6 oyunun heç birində “Atletiko” qalib gələ bilməyib. Hər iki tərəfdən zədəli oyunçular olsa da, onların əsas heyət üzvləri olmaması vəziyyətə təsir etməyəcək.

Turnirin başlıca favoriti sayılan “Bavariya” isə dörddəbir finalın ən zəifi hesab edilən “Benfika” ilə qarşılaşacaq. Bu dueldə almanların şansı daha yüksək qiymətləndirilir. Münhen klubu iki zədəli oyunçusunun yoxluğuna üzülə bilər. Belə ki, Jerom Boatenq və Holqer Badştuberin heyətdə yoxluğu Pepe Qvardiola üçün müdafiə baxımından arzuolunan hal deyil. Üstəlik, Medhi Benatia və Robenin meydana çıxışı da sual altındadır. “Benfika”nın heyətlə bağlı problemləri daha böyükdür. Julio Sezar, Lisandro Lopes, Luizao və Nuno Santos Almaniyaya aparılmayıb.

Xəbər 661 dəfə oxundu.