Rikardu Quarejma: Özümə yeni klub axtarıram
"Beşikdaş" klubunun ulduz futbolçusu Rikardu Quarejma mövsümün sonunda komandadan ayrılacaq. İdman.com.az saytının məlumatına görə, buna səbəb, portuqaliyalı futbolçunun uzun müddətdir maaşını ala bilməməsi göstərilir.

"Ağ-qaralar"dan ayrılmaq istədiyini bildirən Quarejma, bu haqda belə danışıb: "Hazırda türk futbolu iqtisadi böhran yaşayır. Bəzi oyunçular mövsümün əvvəlindən maaşını ala bilmirlər.

Mən də 4 aydır ki, pulumu almamışam. Menecerimə "Beşikdaş"da qalmaq istəmədiyimi bildirdim. Artıq özümə yeni klub axtarıram".

Xəbər 1304 dəfə oxundu.