Azərbaycan triatlonçusu dünya kubokunun bürünc medalını qazanıb
Triatlon üzrə Azərbaycanın yığma komandasının üzvü Rostislav Pevstov bu il beynəlxalq arenada ilk mükafatını qazanıb. Bu sahədə ilkə imza atan Rostislav Pevstov Yeni Zelandiyanın Nyu-Plimut şəhərində keçirilən mötəbər yarışda - dünya kubokunda bürünc medal qazanıb.

İdmançımız su yarışlarında 750 metrlik məsafəni 9 dəqiqə 55 saniyəyə başa vurub. R.Pevtsov velosipedlə hərəkətlərdə 20 kilometrlik məsafəni 28 dəqiqə 6 saniyəyə qət edib. Yarışların sonuncu mərhələsi - 5 kilometr məsafəyə qaçışda isə R.Pevtsov 14 dəqiqə 32 saniyəlik nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 53 dəqiqə 32 saniyəlik göstərici ilə üçüncü yeri tutub.

Xəbər 581 dəfə oxundu.