Azərbaycan idmançıları Avropa Kubokunda uğurla çıxış ediblər
Moskvada pauerliftinq benç-press və deadlift üzrə Avropa Kuboku yarışları başa çatıb.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin AZƏRTAC-a verdiyi xəbər görə, bu yarışda ən uğurlu nəticəni Eldar Məmmədov və Rüstəm Musayev göstəriblər. 100 kq çəki dərəcəsində ləvazimatla mübarizə aparan Eldar Məmmədov (benç-press) və 67,5 kq-da Rüstəm Musayev (deadlift) qızıl medallarla təltif olunublar.

Xüsusi Dövlət Mühafizə Xidmətinin və Azərbaycan Pauerliftinq Federasiyasının yığma komandasının üzvü Natik Hüseynov (100 kq) benç-press növündə ləvazimatsız çıxışlarda və deadlift üzrə Müşviq Əliyev (75 kq) gümüş mükafatlara sahib olublar.

Qeyd edək ki, Azərbaycan idmançıları iyunda İngiltərədə keçiriləcək Avropa çempionatına hazırlaşırlar.

Xəbər 585 dəfə oxundu.