Bakıda keçiriləcək AÇ-nin püşkü zamanı səbətlərin tərkibi belə olacaq
Xəbər verdiyimiz kimi, mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında çıxış edəcək bütün komandalar müəyyənləşib. Qitə birinciliyində qüvvəsini sınayacaq 16 kollektiv bunlardır:

1. Azərbaycan, 2. Belçika, 3. Portuqaliya, 4. İsveç, 5. İngiltərə, 6. Ukrayna, 7. İtaliya, 8. Bosniya-Herseqovina, 9. Almaniya, 10. Hollandiya, 11. Danimarka, 12. Serbiya, 13. Fransa, 14. İspaniya, 15. Şotlandiya, 16. Avstriya.

Qeyd edək ki, AÇ-nin final mərhələsinin püşkü aprelin 8-də atılacaq. Artıq püşkatma zamanı kollektivlərin hansı səbətlərdə yer alacağı da dəqiqdir. Azəbaycan yığması avtomatik olaraq A qrupunda yer alacaq.

Ən yaxşı reytinqə malik yeddi qrup qalibi (Danimarka, Ukrayna, İtaliya, Almaniya, Portuqaliya, Fransa və Serbiya) birinci səbətdə yer alacaq. Yerdə qalan səkkiz komanda (Belçika, İsveç, İngiltərə, Bosniya-Herseqovina, Hollandiya, İspaniya, Şotlandiya və Avstriya) isə digər səbətdə qərarlaşacaq.

Xəbər 667 dəfə oxundu.