Bakıda beynəlxalq seminar başlayıb
Ötən gün Bakıda "UEFA Certificate in Football Management" tədris kursunun növbəti seminarı başlayıb. Proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır.

Proqram UEFA və Lozanna Universitetindəki "Swiss Graduate School of Public Administration" (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.
Tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri iştirak edir. İştirakçılar bu gün məşğələlərdən sonra Bakı Olimpiya Stadionu ilə tanış olub, ardınca isə stadionun ehtiyat meydançasında futbol oynayıblar. (AFFA)

Xəbər 792 dəfə oxundu.