Çempionlar Liqası “Topaz”da
Bu gün “Topaz” proqramında təkli oyun ilə yanaşı, Avropa Çempionlar Liqasından və UEFA Avropa Liqasından ikili oyunlar da yer alıb. İdman.com.az saytının məlumatına görə, ikili oyunlar “Bayer”L –“Barcelona”, “Olimpik”L – APOEL, “Braqa” – “Beşikdaş” komandaların oyunlarına şamil olunur. “Topaz”ın təkli matçı isə Avropa Liqasında baş tutacaq “Rubin” – “Olimpiakos” duelidir.

Bundan əlavə, çərşənbə axşamı üçün tərtib edilən “Topaz” proqramında 50 ekspress oyun yer alıb. Ekspress oyunlar əsasən UEFA Avropa Liqası, Çempionlar Liqası, İngiltərə Çempionlar Liqası, İngiltərə 1-ci Liqası və Libertadores Kubokunda keçiriləcək.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. “Topaz” iştirakçıları yalnız 2012-ci ildə 3 500 000 manatdan artıq uduşa sahib olublar.
Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 1180 dəfə oxundu.