Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsi başlayır
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Yarışlarda dörd günün yekunlarına görə yığma komandamızın aktivində 1 qızıl, 2 gümüş və 5 bürünc medal var.

Çempionatın beşinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Ölkəmizin idman şərəfini dörd güləşçi qoruyacaq. Azərbaycan pəhləvanlarından xalça üzərinə Mircəlal Həsənzadə (57 kq), Teymur Məmmədov (65 kq), Murad Süleymanov (74 kq) və Nurməhəmməd Hacıyev (97 kq) çıxacaqlar.

Xəbər 711 dəfə oxundu.