Sxadadze "Kəpəz"dən çəkinir
"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze qarşıdan gələn "Kəpəz"lə oyun barədə fikrini bölüşüb. İdman.com.az saytının məlumatına görə, komandanın rəsmi saytına açıqlama verən gürcüstanlı mütəxəssis, Gəncədə onları çətin oyunun gözlədiyini bildirib:

"Bizi çox çətin oyun gözləyir. Ağır hava şəraiti oyuna hazırlıq planlarımıza dəyişiklik etməyə vadar etdi. Gəncədə meydançanın hansı vəziyyətdə olması böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, meydança komandalara yaxşı futbol sərgiləməyə imkan verəcək".

Qeyd edək ki, "bankçılar" 3-qat Azərbaycan çempionu ilə Unibank Premyer Liqasının XX turu çərçivəsində fevralın 16-da görüşəcək.

Xəbər 927 dəfə oxundu.