Tokio və Doha da namizədliyini təsdiqlədi
Yaponiya paytaxtı Tokionun ardınca, Doha da 2020-ci il Yay Olimpiya Oyunlarını keçirmək uğrunda mübarizəyə rəsmən qoşulub. İdman.com.az saytının məlumatına görə, sifariş ərziəsini təqdim edərkən, yarışların keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsinin rəhbərlərindən biri, Şeyx Səud bin Əbdülrəhman Əl Tani deyib ki, olimpiadanı qəbul etmək Qətər üçün tarixi hadisə olardı. Çünki bununla bəşəriyyətin ən böyük idman bayramı ilk dəfə Yaxın Asiyada keçirilə bilər.

Onlardan bir neçə saat əvvəl Tokionun da rəsmisi İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinə rəsmən müraciət etmişdi. Yaponiya Olimpiya Komitəsinin prezidenti Sunekazu Takeda bildirib ki, olimpiadanın ev sahibi olmaq onlar üçün böyük şərəf olardı.

Qeyd edək ki, Tokio 2016-cı ildə də namizədliyini irəli sürmüş və Braziliyanın Rio de Janeyro şəhərinə uduzmuşdu.
Beləliklə, olimpiada-2020 yürüşündə Bakının rəqibləri növbə-növbə qərar verirlər. Ümumən, bu mübarizədə qeyd edilən şəhərlərlə yanaşı, Roma (İtaliya), Madrid (İspaniya) və İstanbul da (Türkiyə) qələbəyə iddialıdırlar. Sifariş kitabının son təqdim edilmə günü isə, sabah başa çatır.

Xəbər 1080 dəfə oxundu.