“Qəbələ” və “Zirə” III dövrənin sonuncu oyununda məğlub olublar
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

III dövrənin son oyunları eyni gündə keçirilir. Turun mərkəzi görüşü Gəncədə oynanılıb. Son turlarda inamlı çıxış edən “Kəpəz” klubu “Zirə”ni qəbul edib. Komandalar arasındakı görüş hər iki klub üçün əhəmiyyət kəsb edib. Meydan sahibləri Premyer Liqanın debütantını səfərdən iki cavabsız qolla məğlub yola salıblar. Gəncə təmsilçisi 64-cü dəqiqədə Tural Axundovun penalti zərbəsi və Tural Rzayevin 79-cu dəqiqədə vurduğu qolla rəqibinə qalib gəlib - 2:0.

Digər matçda üçüncü yerin digər iddialısı “Qəbələ” paytaxtda AZAL-ın qonağı olub. Roman Qriqorçukun yetirmələri Aleksey Qayın 36-cı dəqiqədə onbirmetrlik cərimə zərbəsindən vurduğu qolla hesabda önə keçsə də, görüşdə yenə də qələbə qazana bilməyiblər. Meydan sahibləri Tural Hümbətov 53-cü, Murad Səttarlı isə 73-cü dəqiqədə vurduqları qolla oyunu öz xeyirlərinə dəyişə biliblər - 2:1. Üç turda ardıcıl üç məğlubiyyət alan “Qəbələ” ilk üçlükdən uzaqlaşıb.

Xəbər 645 dəfə oxundu.