Şahin Diniyev: Bundan da mükəmməl çıxış etməliyik
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Gəncə klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Həm azarkeşlər, həm də çempionatımız üçün maraqlı oyun alındı. İkili mübarizələrdə daha çox qalib gələn komanda biz olduq. Üç xala layiq idik. Deməzdim ki, Nelson Bonilyanın yoxluğu bizim işimizi asanlaşdırdı. Çünki bizim də heyətimizdə Julien Ebah yox idi. Bu baxımdan şanslar bərabər idi. Ciddi uğur qazanmaq istəyiriksə, hər oyuna maksimum nəticə üçün çıxmalıyıq, bundan da mükəməəl çıxış etməliyik, səhvlərimizi minumuma endirməliyik. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Sabahdan AZAL-la oyuna hazırlaşacağıq. Maraqlı oyun olacaq".

Xəbər 806 dəfə oxundu.