U-17 Avropa çempionatına könüllülərin cəlb olunması prosesi davam edir
Mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatına könüllülərin cəlb olunması prosesi davam edir.

Turnir zamanı 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, akkreditasiya, qonaqpərvərlik, tibb, nəqliyyat, könüllülərin idarəedilməsi aiddir.

Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs http://www.affa.az/index.php/ctimaiyyt/knlllr/knll-ol/2508 linkinə keçid edərək qeydiyyat formasını doldura bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs apreldə müsahibəyə dəvət ediləcək.

Avropa çempionatında könüllü kimi iştiraka qəbul ediləcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün turnirdən əvvəl stadionlarda təlimlər keçiriləcək.

Çempionatın yerli və xarici şəxslərdən formalaşacaq 800 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi martın 30-dur. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.

Xəbər 695 dəfə oxundu.