Bakıda keçiriləcək AÇ-nin iştirakçılarından daha ikisi bəlli oldu
17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Azərbaycanda keçiriləcək AÇ-2016-nın iştirakçılarının siyahısı dəqiqləşmək üzrədir. Artıq Bakıda baş tutacaq qitə birinciliyinin daha iki iştirakçısının adına aydınlıq gəlib.

Belə ki, seçmə mərhələnin 4-cü qrupunda 7 xal toplayan Almaniya yığması ilk yeri tutaraq, AÇ-yə vəsiqəni təmin edib. Bu qrupda ikinci pilləni tutan Hollandiya da Bakıda baş tutacaq qitə birinciliyində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, daha öncə AÇ-yə Ukrayna, İngiltərə, İtaliya, Bosniya və Herseqovina, Portuqaliya, İsveç və Belçika yığmaları vəsiqə qazanmışdı.

Xatırladaq ki, Bakıda keçiriləcək qitə birinciliyinə elit mərhələnin 8 qrup qalibi, eləcə də ən yaxşı göstəriciyə malik 7 qrup ikincisi olan komanda vəsiqə qazanacaq. Hazırda qrup ikinciləri arasında ən pis göstərici İspaniyaya məxsusdur.

AÇ-2016 5-21 may aralığında keçiriləcək. Turnirin püşkü aprelin 8-də atılacaq.

Xəbər 607 dəfə oxundu.