Güllə atıcılarımız olimpiadaya vəsiqəninin sayını artıra bilər
Güllə atıcılığı üzrə yığma komandamızın üzvləri lisenziya xarakterli Avropa çempionatında iştirak etmək üçün fevralın 15-də Finlandiyaya yola düşəcəklər. İdman.com.az saytı xəbər verir ki, snayperlərimiz qitə çempionatında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında iştirak edəcəklər. Avropa çempionatında millimizi lideri İradə Aşumova da qüvvəsini sınayacaq.

Afina olimpiadasının bürünc mükafatçısı bu yarışa hazırlıq məqsədi ilə bu ayın əvvəlindən Finlandiyada təlim-məşqlər keçir. Snayperimiz Finlandiyaya Münhendə keçirilmiş beynəlxalq turnirdən birbaşa yola düşmüşdü.
Avropa çempionatında İradə Aşumovadan başqa, gənclər arasında Avropa çempionatının mükafatçısı Nigar Bağırova, Nərminə Səmədova, Ruslan Lunyov və Rəsul Məmmədov da iştirak edəcəklər.

Xəbər 1201 dəfə oxundu.