Ali təhsil müəssisələri arasında stolüstü tennis üzrə respublika çempionatının qalibi müəyyənləşib
Azərbaycan Stolüstü Tennis Federasiyasının və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən stolüstü tennis üzrə respublika çempionatına martın 29-da yekun vurulub.

13 komandanın iştirak etdiyi çempionatda birinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qazanıb. Milli Aviasiya İnstitutunun tələbələri ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü olub.


Xəbər 759 dəfə oxundu.