Rusiyalı Karyakin şahmat üzrə iddiaçılar turnirində qaib gəlib
Bu il noyabr ayında Nyu-Yorkda şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ uğrunda iddiaçıların turnirində rusiyalı qrossmeyster Sergey Karyakin qalib gəlib.

Yarışlar martın 11-dən 28-dək Moskvada keçirilib.

Sonuncu, 14-cü turda ağ fiqurlarla oynayan Sergey Karyakin amerikalı Fabiano Karuanaya qalib gəlib. Bu görüşdən əvvəl onların hərəsinin aktivində 7,5 xal vardı. Əgər Karyakin sonuncu turda heç-heçə oynasaydı, bu halda da turnirin qalibi ola bilərdi, bu şərtlə ki, həmin turda qara fiqurlarla oynayan hindistanlı Vişvanatan Anand Pyotr Svidlerə qalib gəlməsin. Lakin Anand-Svidler qarşılaşmasında qalib müəyyən olunmayıb – 0,5 : 0,5.

Bu qələbə sayəsində Sergey Karyakin noyabr ayında şahmat üzrə dünya çempionu adı uğrunda indiki çempion, norveçli Maqnus Karlsenlə qarşılaşmaq hüququ qazanıb.

Xəbər 804 dəfə oxundu.