U-23 Avropa çempionatının ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

Aprelin 3-dək davam edəcək birincilikdə 19-23 yaş arası idmançılar mübarizə aparırlar.

İlk yarış günündə xalça üzərinə 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri çıxırlar. Səkkizdəbir final mərhələsində Murad Məmmədovun (59 kq) rəqibi Slovakiya təmsilçisi Zoltan Levai olacaq. Ruhin Mikayılov (71 kq) İsveçrə pəhləvanı Daniel Mattias Soiniyə qarşı döyüşəcək. Elton Vəzirzadə (80 kq) türkiyəli Burhan Akbudakla mübarizə aparacaq. Çempionatda 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə Finlandiya güləşçisi Matti Elias Kuosmanen ilə üz-üzə gələcək.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.

Xəbər 673 dəfə oxundu.