“Telekom” komandası Azərbaycan Super Liqasının finalına yüksəlib
Martın 28-də Bakı İdman Sarayında qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının yarımfinal mərhələsinin ikinci cavab oyunu keçirilib.

“Lokomotiv” komandası “Telekom”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Telekom” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Komandalar arasında keçirilən ilk oyunda da “Telekom” qalib gəlmişdi – 3:1. Reqlamentə əsasən iki qələbə qazanan komanda həlledici mərhələyə vəsiqə qazanır. Beləliklə, baş məşqçi Zoran Qayiçin yetirmələri iki oyunun nəticəsinə görə ümumi hesabda 2:0 hesabı ilə üstün olaraq yarışlarının finalına adlayıb.

Xəbər 721 dəfə oxundu.