“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti “Formula-1” əyləncə zonası yaradıb
İyunun 19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına üç ay vaxt qalır.

Bununla bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda “Formula-1” əyləncə zonası yaradıb. Simulyasiya oyunlarının, azyaşlı uşaqlar üçün əyləncə məkanının, könüllülərin və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrin yer alacağı bu zonada konsert proqramlarının təşkili də nəzərdə tutulur.

Xəbər 726 dəfə oxundu.