"İnter" "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir
"İnter" Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Paytaxt klubu bu oyunöncəsi daha bir futbolçusunu itirib.

Belə ki, Elnur Abdullayev kəskin soyuqlayıb. Hazırda xəstəliklə mübarizə aparan futbolçunun oyuna qədər sıraya dönməsi inandırıcı görünmür.

Qeyd edək ki, "İnter"də Nizami Hacıyev, Laşa Salukvadze və Qara Qarayev də hazırda zədədən əziyyət çəkir və komandasına kömək edə bilməyəcək.

Xəbər 773 dəfə oxundu.