Şahin Diniyev: Deməli, işimizi uğurlu saymaq olar
“Kəpəz”in iki futbolçusu Tərlan Quliyev ilə Namiq Ələgərovun əsas milli komandaya çağırılması futbolçuların özü kimi baş məşqçi Şahin Diniyevin də sevincinə səbəb olub. Diniyev yetirmələrinin yığmaya dəvət olunması ilə bağlı klub saytına fikirlərini belə bölüşüb:

“Klubumuzdan iki futbolçunun milliyə çağırılması sevindiricidir. Xüsusən də, Namiqin uzun müddətdən sonra yenidən yığmaya qayıtması qeyd olunmalıdır. Bu işdə futbolçu kimi “Kəpəz”in də zəhməti var. Ələsgərovun bərpa olunmasında, formaya düşməsində komandamızın rolu oldu. Futbolçu özü də bunu vurğulayır. Məşqçi kimi mən də onun bu uğuruna şadam. “Kəpəz”in uğurlu çıxışı futbolçularımızın milliyə yolunu açdı, bu, bizim üçün çox xoşdur. Deməli, işimizi uğurlu saymaq olar. Əsas Azərbaycan futbolunun inkişafıdır və bu yolda da Gəncə klubu öz töhvəsini verməyə çalışır”.

Xəbər 750 dəfə oxundu.