Nazir Azad Rəhimov Orelia Buşezi qəbul edib
Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov 16 mart 2016-ci il tarixdə Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri xanım Orelia Buşezi qəbul edib.

Görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydasının önəmi diqqətə çatdırılıb.

Nazir Azad Rəhimov Avropa Oyunları zamanı bir sıra fransız şirkət və mütəxəssislərinin oyunların hazırlıq işlərinə cəlb olunduqlarını qeyd edib. Nazir eyni zamanada, IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərində də fransız mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb.

Xanım səfir öz növbəsində hər iki ölkə arasında gənclər sahəsində regionlar arası münasibətlərin qurulmasının vacibliyini bildirdi.

Xəbər 812 dəfə oxundu.