UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsi çərçivəsində daha iki matç keçirilib
Martın 15-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində daha iki matç keçirilib.

AZƏRTAC xəbər verir ki, səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn “Mançester Siti” klubu öz meydanında Kiev “Dinamo”sunun müqavimətini qıra bilməyib, - 0:0. Rəqib meydanında əldə etdiyi qələbə “şəhərlilər”in növbəti mərhələyə yüksəlməsinə kifayət edib.

Günün digər qarşılaşması isə Madriddə keçirilib. "Visente Kalderon" stadionunda “Atletiko” Hollandiyanın “PSV” klubunu qəbul edib. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Hollandiyada keçirilən ilk görüşdə də eyni hesabı qeydə alındığından matçda əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada isə daha dəqiq olan “Atletiko” futbolçuları 8:7 hesabı ilə üstün olub və adını dörddəbir finala yazdırıb.

Xəbər 669 dəfə oxundu.