AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXV turunda, həmçinin Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunlarında baş verən hadisələrlə bağlı qərarlar qəbul olunub.

“Zirə” komandası hər iki turnirdəki oyununa görə cəzalanacaq. Dörd futbolçusu xəbərdarlıq alan “Zirə” və “Sumqayıt” min manat cərimələnib. “Qəbələ” ilə səfər matçının 85-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə, meydandan kənarlaşdırılıb. Bu üzdən çalışdırıcı bir oyunluq cəzalanıb və eləcə də klubu min manat cərimə olunub.

Kubok qarşılaşmalarında isə “Zirə” və “Rəvan” da ziyana düşüb. “Rəvan” komandası “İnter”, “Zirə” klubu isə “Qəbələ” ilə matçda dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün min manat ödəməlidir.

Xəbər 632 dəfə oxundu.