AÇ-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulur | |
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. Bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaq. 59 kq 1/16 final - Taleh Məmmədov - Virgil Muntenau (ROU) 66 kq 1/8 final - Kamran Məmmədov - Carl Anders Poul Ekstroem (DEN) 98 kq 1/8 final - Aleksandrs Safonovs (LAT) - Orxan Nuriyev 130 kq 1/16 final - Oleksandr Çernetskiy (UKR) - Sabah Şəriəti İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq. |
|
Xəbər 664 dəfə oxundu. |
|
|