Neftçi yeni məşqçisi ilə müqavilə bağladı | |
“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək bu komandanın fiziki hazırlıq üzrə məşqçisi olacaq. Qeyd edək ki, 2009-2010-cu illərdə “Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR, eləcə də “Xəzər Lənkəran” klublarında da işləyib. |
|
Xəbər 731 dəfə oxundu. |
|
|