Robert Sekuta: ABŞ-dakı gimnastika mərkəzləri Milli Gimnastika Arenası ilə müqayisə edilə bilməz
Amerikalı gimnastlar mənə dedilər ki, ABŞ-da heç bir gimnastika arenası Bakıdakı ilə müqayisə oluna bilməz.

Bunu Bakıda keçirilmiş batut gimnastikası üzrə Dünya Kubokunda ABŞ-ı təmsil edən idmançılarla görüşən Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Gimnastika yarışlarını arenadan ilk dəfə izlədiyini vurğulayan səfir deyib: “İdmanın bu növü ilə tanış deyiləm. Gimnastika yarışlarına adətən televizorda baxmışam. Lakin yarışları canlı izləmək tamamilə fərqli hissdir. Artıq bu idman növünün azarkeşinə çevrildiyimi hiss edirəm. Birinci Avropa Oyunları zamanı, həm də Dünya Kubokunda Azərbaycanda idmanın inkişaf etdiyini və gündəlik həyatda nə qədər vacib olduğunu gördüm”.

Səfir idmançılarımızın və könüllülərin Azərbaycanı yüksək səviyyədə təmsil etməsinə valeh olduğunu vurğulayaraq bildirib: “İdmançılarımız mənə dedilər ki, daha əvvəl heç bir yerdə belə möhtəşəm arena görməyiblər. Bu arena xüsusi olaraq gimnastlar üçün tikilib. ABŞ-da çoxlu arenalar var. Hətta kiçik şəhərlərdə elə də böyük olmayan arenalar mövcuddur. Lakin onların heç biri möhtəşəmliyinə görə Bakıdakı Milli Gimnastika Arenası ilə müqayisə edilə bilməz. Komandamızın bütün üzvləri yarışların yüksək təşkilatçılıq səviyyəsindən olduqca razıdırlar. Onlar bildirdilər ki, özlərini Dünya Kuboku yarışında deyil, dünya çempionatı kimi daha mötəbər yarışdakı kimi hiss ediblər”.

Xəbər 764 dəfə oxundu.