Azərbaycan gimnastları “Baltik halqası – 2016” turnirində çıxış edəcəklər
Martın 12-13-də Riqadakı Olimpiya Mərkəzində bədii gimnastika üzrə 17-ci ənənəvi “Baltik halqası” beynəlxalq turniri keçiriləcək. Olimpiya ilində bu turnirdə 20 ölkədən olan “rəssamlar”, o cümlədən idmanın bu növündə dünya miqyaslı ulduzlar çıxış edəcəklər.

Turnirdə Azərbaycanı İlahə Məmmədova və Veronika Xudis təmsil edəcək. Onların məşqçisi Nigar Mirzəyevadır.

Son üç ildə bu ənənəvi turnir çərçivəsində qrup şəklində yarışlar da keçirilir. Həmin yarışlarda beş yığma komanda iştirak edəcək.

Ənənəyə görə, builki turnirdə də “Miss Zəriflik” mükafatının sahibi Yanis Anmanisin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçiləcək. “Miss tamaşaçı rəğbəti” mükafatının sahibi isə tamaşaçılar tərəfindən müəyyən ediləcək və rəssam Bayba Abelitedən mükafat alacaq.

Yarışların təşkilatçıları azarkeşlər üçün də çoxsaylı sürprizlər hazırlayıblar.

AZƏRTAC

Xəbər 707 dəfə oxundu.