Hacı Əliyev, Cəbrayıl Həsənov və Alyona Kolesnik mübarizəyə başlayır | |
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb. Çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. 55 kq 1/4 final - Alyona Kolesnik - Vania Gomes (POR) / Simona Pricob (ROU) 61 kq 1/8 final - Sarinas Jurcis (LTU) - Hacı Əliyev 74 kq 1/8 final - Jakov Maxaraşvili (GEO) - Cəbrayıl Həsənov İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq. |
|
Xəbər 645 dəfə oxundu. |
|
|