Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yaradıcılıq müsabiqəsi elan edir
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsi bu mötəbər yarışın rəmzini seçmək üçün milli yaradıcılıq müsabiqəsi elan edib.

Müsabiqəyə qatılmaq istəyənlərdən çəkdikləri rəmzin eskizlərini, özləri haqda məlumatı və əlaqə nömrələrini contact@bakuchess.com ünvanına göndərmək xahiş olunur.

Müsabiqədə gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər. İştirakçılara yaş məhdudiyyəti yoxdur. Müsabiqəyə yalnız Azərbaycan vətəndaşları qatıla bilər. Müraciətlər aprelin 9-na qədər qəbul ediləcək. Qalibə min manat məbləğində pul mükafatı və Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə ikinəfərlik dəvətnamə veriləcək.

Xəbər 785 dəfə oxundu.