Badminton üzrə respublika çempionatının qalibləri müəyyənləşib
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının və Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə badminton üzrə respublika çempionatı keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında keçirilən yarışda qadın və kişi idmançılar mübarizə aparıblar. Yarışda qadınlar və kişilər 10 komanda ilə təmsil olunublar.

Qadın badmintonçular arasında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Dövlət Universiteti komandası qalxıb. İkinci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, üçüncü yeri isə Bakı Slavyan Universiteti komandasının təmsilçiləri tutublar. Kişi badmintonçuları arasında isə ən yaxşı nəticəni Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idmançıları göstəriblər. Daha sonrakı yerlərdə isə Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universiteti təmsilçiləri qərarlaşıblar.

Ümumi komanda hesabında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası komandası birinci, Bakı Dövlət Universiteti ikinci, Azərbaycan Texniki Universiteti isə üçüncü nəticə göstərib.

Xəbər 1749 dəfə oxundu.