AZAL Neftçi ilə oyuna itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçiriləcək AZAL - “Neftçi” oyununun hazırlıgına start verilib. Martın 13-də baş tutacaq qarşılaşmada ötən tur cəza üzündən Lənkarana getməyən Murad Səttarlı və Qvanzav Maqomedov da həyətə qayıdıb.

Gündə bir dəfə məşq edən Tərlan Əhmədovun yetirmələri martın 11-dən etibarən təlim-məşq toplanışına cəlb olunacaq. Heyətdə olan zədəlilər – Aleksandr Quruli və İlqar Ələkbərov hələ ki, həkim nəzarətində məşqə çıxırlar. Qasıgında agrı hiss edən və “Xəzər Lənkəran”la oyunu yarımçıq tərk edən gürcü legionerin flaqmana qarşı mübarizə apara bilməyəcəyi artıq dəqiqdir. Həkimlər dizində agrı hiss edən İlqarın isə matça qədər sagalacagına ümid bəsləyir.

Xəbər 686 dəfə oxundu.