AÇ-2016: bu gün 4 güləşçimiz mübarizəyə qoşulacaq
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.

Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxacaq.

53 kq
1/8final - Anjela Doroqan - Nina Hemmer (GER)

60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç

65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev

97 kq
1/8 final - Şəriv Şərifov - İvan Yankouski BLR)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq.

Xəbər 602 dəfə oxundu.