Akrobatlarımız Portuqaliyada 3-cü oldu
Mart ayının ilk istirahət günlərində Portuqaliyanın Maya şəhəri ənənəvi olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edib. Yarışlarda Azəbaycanı Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu təmsil edib.

Finalda üçlük 27.160 xal oplayaraq 3-cü yerə layiq görülüb. Brinci yeri Portuqaliya, ikinci yeri isə Boyük Britaniya akrobatları qazanıb.

Xəbər 686 dəfə oxundu.