Kempoçularımız dünya kuboku yarışlarında 7 medal qazanıblar
Macarıstanın Sazxalombata şəhərində kempo döyüş növü üzrə dünya kuboku yarışları keçirilib.

36 ölkədən 380-ə yaxın idmançının qatıldığı turnirdə milli komandamız 9 atlet ilə təmsil olunub.

Millimiz yarışı 5 qızıl və 2 gümüş medalla başa vurub. Yığmamızın heyətində Anar Heydərquliyev (semi-kontakt, 64-69 kq), Kamil Ağazadə (submission, 65 kq-dan yuxarı), Orxan Mehdiyev (full-kempo, 58-63 kq), Xəyal Məmmədzadə (submission, 70-76 kq) və Ali Mahir Najafi-Boyom (MMA, 77-84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fuad Abasov (full-kempo, 56-60 kq) və Səbuhi Nuriyev (full-kempo, 77-84 kq) isə gümüş medalla kifayətləniblər.

Xəbər 782 dəfə oxundu.